Niderlandın Vyuqt həbsxanasında məhbuslar tərəfindən girov götürülmüş əməkdaşlar azad ediliblər.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Niderland Həbsxana Xidmətinin sözçüsü Roksan Beisman məlumat verib.
"Vyuqt həbsxanasında girovların azad edilməsi əməliyyatı başa çatıb. Müəssisənin bütün işçiləri təhlükəsizlikdədir və yardım alıblar. Hadisə ilə bağlı araşdırma aparılacaq", - deyə o bildirib.
Niderlandın Vyuqt şəhərindəki islah müəssisəsində məhbuslar həbsxana əməkdaşlarını girov götürüblər.
Oxu.Az xəbər verir ki, bu barədə NU.nl məlumat yayıb.
Hadisənin həbsxana xəstəxanasının psixiatriya şöbəsində baş verdiyi bildirilib.
Məlumata görə, hüquq-mühafizə orqanlarının xüsusi təyinatlı qüvvələri müəssisəyə daxil olublar.
Ədliyyə və Təhlükəsizlik Nazirliyi hadisənin yalnız həbsxana daxilində baş verdiyini təsdiqləyib. Obyektin perimetri xaricində heç bir əməliyyat aparılmayıb.
Girovların sayı və hadisənin detalları barədə əlavə məlumat açıqlanmayıb.