Nigeriya ordusu “Boko Haram” terror qruplaşmasının 178 girovunu azad edib, bu barədə Channel News Asia bildirib.
Oxu.Az xəbər verir ki, azad edilən girovların arasında 100 uşaq və 67 qadın olub.
Xilasetmə əməliyyatı Nigeriyanın şimali-şərqində Mayduquri şəhərinin cənubunda, Nigeriya ordusunun hücumu əməliyyatı nəticəsində həyata keçirilib.
Bundan başqa, “Boko Haram”ın komandirlərindən biri saxlanılıb, hal-hazırda onunla bağlı araşdırma aparılır”, - Nigeriya ordusunun nümayəndəsi bildirib.