Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Nyu-Yorkun mərkəzində atışma: Tanınmış iş adamı öldürüldü
ABŞ-nin Nyu-York ölkənin ən böyük tibbi sığorta şirkəti olan "United Healthcare" şirkətinin 50 yaşlı baş direktoru Brayan Tompson öldürülüb.
Oxu.Az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Tompson Manhettendə "Nyu York Hilton" hotelində konfransa gedərkən güllələnib. Polis atəş açan şəxsin xüsusi olaraq Tompsonu gözlədiyini və ona bir neçə metr yaxınlıqdan atəş açdığını bildirib. Sinəsindən güllə yarası alan iş adamı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Atəş açan şəxsin motivləri məlum deyil və hazırda o, axtarılır.
"ABŞ-də güllələnmə" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər