ABŞ prezidenti Barak Obama çərşənbə günü, Ərəb körfəzi dövlətlərinin əməkdaşlıq Şurasına daxil olan altı ölkənin lideri ilə görüşdə iştirak etmək üçün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada gəlib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə AFR informasiya agentliyi məlumat yayıb.
Buna qədər Ər-Riyada ərəb monarxiyasının rəhbərləri gəlib.
Amerika liderinin ərəb körfəzindəki tərəfdaşları ilə terrorizm ilə mübarizə səylərini, İran ilə münasibəti, 2015-ci ildə Kemp-Deviddəki sammitin davamı olaraq müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə edəcəyi gözlənilir.