ABŞ prezidenti Obamanın böyük qızı Maliya Obama marixuana çəkərkən yaxalanıb.
Oxu.Az xəbər verir ki, bu barədə “Radar Online” şahidin sözlərinə görə məlumat yayıb.
Avqustun 10-da nəşr 18 yaşlı qızın marixuana çəkdiyi iddia edilən video yerləşdirib.
Qeyd edilir ki, video Çikaqoda “Lollapalooza” musiqi festivalında çəkilib. Maliya 2016-cı ilin iyulunda keçirilən Demokratlar partiyasının qurultayı əvəzinə, dostları ilə bura gəlib. Videoda Barak Obamanın qızı arxa plandadır.
www.oxu.az