İstanbulun Maltepe rayonunda quru meyvələr satılan mağazadan oğurluq olub.
“İhlas Haber Ajansı” (İHA) xəbər verir ki, mağazaya oğurluğa gələn şəxslər təhlükəsizlik kameralarının görüntü istiqamətini dəyişəndən sonra niyyətlərini həyata keçirməyə başlayıblar.
Aparılan araşdırma nəticəsində mağazadan dəyəri 3000 lirə (692 manat) məbləğində iki ton quru meyvənin oğurlandığı məlum olub.