Makedoniya prezidenti Qeorqi İvanov dövlətin adı ilə bağlı güzəştsiz mövqeyinə görə impiçmentdən qorxmadığını bildirib və parlamenti prosesə başlamağa çağırıb.
Oxu.Az xəbər verir ki, bu haqda TASS ölkə prezidentinin saytına istinadən məlumat yayıb.
“Makedoniya baş naziri Zoran Zayevə və deputatlara üzümü tuturam, qoy yubanmadan ölkə prezidentinin məsuliyyətinin müəyyən edilməsi ilə bağlı proseduru, yəni impiçment prosesini başlatsınlar.
Dövlətin adının dəyişilməsi ilə bağlı Yunanıstanla bağlanmış sazişə ziyan vuran mövqeyim bütün təhdidlərə və təzyiqlərə rəğmən dəyişilməz olaraq qalıb.”, - deyə prezident bildirib.
Bundan əvvəl baş nazir ölkənin adının Şimali Makedoniyaya dəyişilməsinə əngəl yaratdığı üçün İvanova qarşı impiçment prosesinin başlanacağını istisna etməmişdi.
F.M.
www.oxu.az