OPEK-in baş katibi Məhəmməd Barkindo bəyan edib ki, təşkilatın neft hasilatının məhdudlaşdırılmasına dair qərara qoşulmaq haqqında təşkilata üzv və üzv olmayan ölkələr arasında danışıqlar dekabrın 10-da Vyanada keçiriləcək.
Oxu.Az xəbər verir ki, bu barədə “Bloomberg”ə istinadən TASS məlumat yayıb.
Daha öncə mənbə OPEK üzvlərinin və təşkilata daxil olmayan digər neft istehsal edən ölkələrin görüşü dekabrın 10-da Moskvada keçiriləcəyini bildirmişdi.
Məlum olduğu kimi, noyabrın 30-da OPEK ölkələri səkkiz il ərzində ilk dəfə neftin hasilatının sutkada 1,2 milyon barel azaldaraq 32,5 milyon barelə çatdırmaq barədə razılığa gəliblər.
N.O.
www.oxu.az