Pakistanın güc strukturlarının keçirdiyi xüsusi əməliyyat nəticəsində 100-dən çox silahlı zərərsizləşdirilib.
Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Pakistan ordusunun mətbuat xidməti açıqlama yayıb.
“Sind əyalətində törədilmiş terror aktından sonra son sutka ərzində 100-dən çox terrorçu məhv edilib, yüzlərlə saxlanılanlar var”, - məlumatda bildirilir.
Xatırladaq ki, ötən gün Pakistanın cənubunda yerləşən Sind əyalətində məsciddə törədilmiş terror aktı nəticəsində 88 nəfər ölüb, 300-dən çox insan yaralanıb. Məlumata görə, İŞİD terror qruplaşması hadisəyə görə məsuliyyəti öz üzərinə götürüb.
S.B.
www.oxu.az