Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Pakistanda kömür mədəninə silahlı hücum: Çox sayda ölən var
Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində terror aktı baş verib.
Bu barədə Oxu.Az Associated Press-ə istinadən xəbər verir.
Məlumata görə, naməlum silahlılar kömür mədəninə silahlı hücum ediblər.
Nəticədə 20 nəfər ölüb, daha 7 nəfər yaralanıb. Ölənlər arasında mədəndə işləyən qonşu Əfqanıstan vətəndaşları da var.
Bildirilir ki, faciə oktyabrın 10-da axşam saatlarında terrorçular mədən ərazisinə basqın edib və bir yerə toplaşan mədənçiləri soyuqqanlılıqla güllələyiblər.
Hələlik regionda fəaliyyət göstərən ekstremist qrupların heç biri bu vəhşi cinayətə görə məsuliyyəti öz üzərinə götürməyib.
Maraqlıdır ki, mədəndə törədilən qanlı terror aktı Pakistanın paytaxtında böyük təhlükəsizlik sammitinin keçirilməsinə bir neçə gün qalmış baş verib.
"Pakistan" teqi üzrə xəbərlər
- Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri başa çatıb
- Pakistanın Baş naziri 7 saylı Bakı "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub
- Bakıda Azərbaycan-Pakistan biznes forumu keçirilib
- Pakistan və Banqladeş yarım əsr sonra əlaqələri bərpa etdilər
- Pakistan nümayəndə heyəti Azərbaycan Hərbi Dəniz Qüvvələrini ziyarət edib