Silahlı iki naməlum şəxs Pakistanın Pəncab vilayətində özəl məktəblərdən birinə girərək atəş açıblar.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə “India Today” telekanalı məlumat yayıb.
Hadisə yerinə polis əməkdaşları gəlib. Hadisə nəticəsində ölən və yaralananlar haqqında məlumat yoxdur.
Oktyabrın 25-də Pakistanın Belucistan əyalətində Kvetta şəhərində yaraqlıların polis kolecinə hücumu nəticəsində ən azı 33 nəfər ölüb.
N.O.
www.oxu.az