Dağıstanlı milyarder və senator Süleyman Kərimovun varidatı son dörd ay ərzində iki dəfə artaraq, 18,5 milyard dollar təşkil edib.
“Forbes” nəşri xəbər verir ki, məşhur rusiyalı milyarderin gəlirlərinin artması onun ailəsinə məxsus “Polyus” qızıl hasilatı şirkətinin səhmlərinin dəyərinin artması nəticəsində baş verib.
Nəşrin bildirdiyinə görə, bu, bütün rusiyalı milyarderlər arasında pandemiya dövründə ən yaxşı nəticə hesab olunur.