Amerika hərbçilərinin sözlərinə görə, Pentaqon Rusiya təyyarələrinin Suriyada olmasını təsdiqləyən fotoları dərc edib, bu barədə ABC News bildirib.
Oxu.Az lenta.ru-ya istinadən xəbər verir ki, dərc edilən fotolarda Suriyanın Latakiyasında aerodromda sıraya düzülmüş təyyarələr görünür.
Amerikalı hərbçilər onları Su-30SM qırıcıları kimi və Su-25 hücumçuları kimi identifikasiya ediblər. Pentaqonun məlumatına əsasən, Rusiya son günlərdə daha öncə gəlmiş dörd Su-30SM-ya əlavə olaraq Suriyaya 24 təyyarə – 12 Su-25 və eyni sayda Su-24 cəbhə bombardmançısı göndərib. Suriyada həmçinin 15 ədəd Mi-17 və Mi-24 helikopteri var.
Bundan başqa, Vaşinqtonda iddia edirlər ki, Rusiyanın An-124 yük təyyarələri praktiki olaraq hər gün Latakiya yaxınlığında yük boşaldırlar. Amerika peyk çəkilişinə görə, aerodromda 36 zirehli maşın, doqquz tank və iki HƏM (Hava əleyhinə müdafiə) sistemi qeydə alıb. Suriyanın səmasında isə pilotsuz uçan aparatlar kəşfiyyat aparır. Rusiya bu məlumatı şərh etməyib.
