Perunun paytaxtı Limanın meri Rafael Lopes Aliaqa ölkədə keçiriləcək prezident seçkisində iştirak etmək üçün istefa verdiyini açıqlayıb.
Oxu.Az "Reuters"ə istinadən xəbər verir ki, sabiq şəhər rəhbəri ölkə başçısı vəzifəsinə namizədliyini irəli sürən ilk şəxs olub.
Daha sonra La Libertad bölgəsinin qubernatoru, iş adamı Sezar Akunya da prezidentliyə namizədliyini rəsmən irəli sürüb.
Perunun seçki qanunvericiliyinə görə, prezidentliyə namizədliyini irəli sürməyi planlaşdıran məmurlar səsverməyə ən geci altı ay qalmış istefa verməlidirlər.
İlkin rəy sorğularına görə, keçmiş merin dəstək səviyyəsi 10, Akunyanın isə 2 faiz civarında qiymətləndirilir. Seçicilərin 39 faizi qərarsızdır.
Yada salaq ki, Peruda prezident seçkisi 2026-cı il aprelinə təyin edilib. Hazırkı prezident Dina Boluarte öz maaşının 10 min dollara yüksəldilməsi ilə bağlı qalmaqaldan sonra istefa verməyə məcbur olub.