Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Perunun baş naziri istefa verdi
Perunun Baş naziri Qustavo Adriansen parlamentin ona etimadsızlıq səsverməsi ərəfəsində istefa verib.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə ölkə hökumətinin mətbuat xidmətindən məlumat verilib.
"Vətənin ali maraqlarını nəzərə alaraq, Nazirlər Şurasının sədri vəzifəsindən istefa ərizəsini təqdim etməyə borcluyam", - deyə o, ölkə Prezidenti Dina Boluarteyə müraciət edib.
Qeyd edək ki, Qustavo Adriansen 14 ay hökumət başçısı vəzifəsində çalışıb. O, Boluartenin 2.5 illik hakimiyyətində üçüncü baş nazir olub.
Bildirək ki, mayın 14-də Peru Konqresi ölkədə cinayətlərin sayının artması ilə əlaqədar Adriansenə etimadsızlıq səsverməsini nəzərdən keçirməli idi.