Türkiyənin cənub-şərqində yerləşən Şırnak vilayətinin Qabar dağı ərazisində təhlükəsizlik xidmətlərinin PKK terror təşkilatına qarşı apardığı əməliyyat çərçivəsində iki türk hərbçi həlak olub, daha dördü isə yaralanıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə cümə günü, yanvarın 6-da, Anadolu agentliyi yazır.
Yaralı hərbçilər Siirt Dövlət Xəstəxanasına çatdırılıblar.
Bölgədə PKK terrorçularına qarşı əməliyyat davam edir.
S.B.
www.oxu.az