Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Polis məmuru atəş açan şəxsi Trampa sui-qəsd cəhdindən bir neçə dəqiqə əvvəl görüb
ABŞ-nin keçmiş prezidenti Donald Trampa Pensilvaniya ştatında keçirilən mitinqdə sui-qəsd cəhdindən bir neçə dəqiqə əvvəl polis əməkdaşı snayper görüb.
Oxu.Az bu barədə Gazeta.ru-ya istinadən xəbər verir.
Məlumata görə, atəş açan şəxs fabrik binasının damında olub. İlk olaraq onu tədbir iştirakçıları görüblər və polisə məlumat verilib. Zabit pilləkənlərlə yuxarı qalxıb və Tomas Metyu Kruksla qarşılaşıb. O, silahı polisə tuşlayıb və polis pilləkənlərlə geriyə enməyə başlayıb. Bir neçə dəqiqə sonra Kruks Trampa və kütləyə atəş açıb, həm eks-prezidentin özünü, həm də bir neçə tamaşaçını yaralayıb.
Qeyd edək ki, Donald Trampa sui-qəsd cəhdi iyulun 13-də axşam saatlarında baş verib. Siyasətçiyə bir neçə dəfə atəş açılıb, bundan sonra qulağı qanlı halda səhnədən çıxarılaraq xəstəxanaya yerləşdirilib. İlkin yardım aldıqdan sonra Tramp xəstəxanadan buraxılıb.
"Donald Tramp" teqi üzrə xəbərlər
- Tramp Yaxın Şərqə səfər edəcək: Ağ Evin sözçüsü tarixi açıqlayıb
- ABŞ prezidenti antixristian qərəzliyini aradan qaldırmaq üçün qrup yaradıb
- ÜST rəhbəri kütləvi ixtisarların anonsunu verdi: "650 milyon dollara qədər kəsir yaranıb"
- Tramp Çinə qarşı tarifləri azaldır
- Putinin Trampa hədiyyə etdiyi portretin görüntüsü yayıldı