NATO batalyonunun 1,2 min hərbçisinin Polşada yerləşdirilməsinə start verilib, bu proses 2017-ci ilin yanvarında başa çatmalıdır.
Oxu.Az RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Antoni Maçereviç bildirib.
İsraildə səfərdə olan nazir, jurnalistlərə Polşada NATO-nun 1,2 min hərbçisinin yerləşdiriləcəyini bildirib, onlardan min nəfəri amerikalıdır, bu barədə PAP agentliyi məlumat yayıb.
“Onların yerləşdirilməsinə artıq başlanılıb. Bu proses yanvarda başa çatacaq”, - Maçereviç bildirib.
Polşa müdafiə naziri batalyonun Ojişdə yerləşdiriləcəyini xatırladıb, NATO-nun bütün batalyonlarının işinə rəhbərlik edən Baş qərərgah isə Polşanın Elblonq şəhərində yerləşəcək. Amerika hərbçilərindən başqa batalyonun tərkibinə Rumıniya və Böyük Britaniya hərbçiləri də daxil olacaq.
Maçereviç həmçinin bildirib ki, NATO batalyonunun silahlanmasına RT-91 tanklar da daxil olacaq.
NATO-nun son sammitində Varşavada alyansın şərq cinahının möhkəmləndirilməsinə dair qərar qəbul edilib. NATO 2017-ci ildə Baltikyanı ölkələrdə və Polşada dörd batalyonun yerləşdirilməsini planlaşdırıb.
N.O.
www.oxu.az