Kanadanın “Zenith Energy Ltd” şirkəti Azərbaycanın qurudakı “Muradxanlı-Zərdab-Cəfərli” neft yatağından hasil olunan neftin satışından ilk gəlirlərini əldə edib.
Oxu.Az-ın məlumatına görə, “Trend” şirkətin saytına istinadən xəbər verir ki, yanvar-sentyabr aylarında çıxarılmış neft satılıb.
“Sutkada 300 barrel neftin hasil olunması ilə aylıq ödənişlər 360 min dollar təşkil edib. Bu yataqdan çıxarılan neft Dövlət Neft Şirkəti (SOCAR) boru kəmərləri sistemi, daha sonra Bakı-Novorossiysk boru kəməri vasitəsilə Novorossiyskə çatdırılır. Alternativ olaraq bu neft Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Aralıq dənizinə çatdırıla bilər”, - deyə şirkət bəyan edib.
Qeyd edək ki, SOCAR ilə “Zenith Aran Oil Company” arasında Muradxanlı, Zərdab, Cəfərli yataqlarının istismarı barədə müqavilə bu ilin martında imzalanıb.
U.A.
www.oxu.az