Bu gün Polşanın Topolev yaşayış məntəqəsi yaxınlığında paraşütçüləri daşıyan Piper PA-31T təyyarəsi qəzaya uğrayıb.
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, nəticədə təyyarənin göyərtəsində olan 12 nəfərdən 11-i həlak olub.
İdman məktəbinə məxsus təyyarə yerə düşərkən alovlanıb. Hadisə yerinə polis, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub. Sağ qalan yeganə şəxs xəstəxanaya yerləşdirilib.