Polşanın Baş naziri Donald Tusk Ukraynaya gedən dəmiryol xəttindəki diversiya faktını təsdiqləyib.
Oxu.Az xəbər verir ki, o bu barədə özünün "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Təəssüf ki, ən pis fərziyyələr təsdiqləndi. Varşava-Lyublin marşrutunda (Mika kəndi) diversiya aktı baş verib. Partlayıcı qurğu işə düşüb və dəmiryol xəttini dağıdıb", - deyə paylaşımda bildirilir.
Tuskun sözlərinə görə, hadisə yerində təcili yardım xidmətləri və prokurorluq işləyir.
Niestety potwierdziły się najgorsze przypuszczenia. Na trasie Warszawa-Lublin (wieś Mika) doszło do aktu dywersji. Eksplozja ładunku wybuchowego zniszczyła tor kolejowy. Na miejscu pracują służby i prokuratura. Na tej samej trasie, bliżej Lublina, również stwierdzono uszkodzenie. pic.twitter.com/aSfNRUD0q9
— Donald Tusk (@donaldtusk) November 17, 2025
Xatırladaq ki, daha əvvəl Tusk Polşada Ukraynaya gedən dəmiryol xəttinin zədələndiyi barədə məlumat vermişdi. O, diversiya ehtimalını istisna etməmişdi.