Ukrayna prezidenti Petr Poroşenko mayın 8-də Moskvada keçiriləcək MDB-nin qeyri-rəsmi sammitində iştirak etməyəcək.
Oxu.Az bu barədə “İnterfaks”a istinadla xəbər verir.
“Poroşenko olmayacaq”, - jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“İnterfaks”ın sualına cavab verən Peskov dəqiqləşdirib ki, bu görüşdə iştirak – “prezidentlərin öz arzusudur”.
O vurğulayıb ki, bu görüşə MDB ölkələrinin bütün başçıları dəvət olunur.