Martın 16-da Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinin Qırğızıstan prezidenti Almazbek Atambayevlə görüşü baş tutacaq.
Kremlin mətbuat xidmətindən verilən məlumata görə, yüksək səviyyədə keçiriləcək görüşün gündəliyinə Rusiya-Qırğızıstan əməkdaşlığının, o cümlədən ticarət-investisiya və mədəni-humanitar sahələrdə, energetika sektorunda əməkdaşlığın gələcək gücləndirilməsi istiqamətində əsas məsələlərin müzakirəsi daxildir.
Bundan başqa, Qırğızıstanın Avrasiya İqtisadi İttifaqına qoşulması kontekstində qarşılıqlı əlaqələr haqqında geniş rəy mübadiləsi aparılacaq.