Rusiya prezidenti Vladimir Putinin dövlət başçısı və bir sıra məmurların maaşının azaldılması ilə bağlı imzaladığı sərəncam daha bir müddətində qüvvədə qalacaq.
Bu barədə Oxu.Az Rusiya KİV-nə istinadən məlumat verir.
Qeyd edək ki, qanuna əsasən dövlət başçısı, hökumət sədri, baş nazirin müavini və nazirlərin, eləcə də baş prokuror, İstintaq Komitəsi və Mərkəzi Seçki Komissiyasının maaşı 10 % azaldılmışdı.
Sənədə əsasən, Rusiyanın ali məmurlarının maaşının azaldılması haqqında sərəncam 31 dekabr 2018-ci ilə qədər qüvvədə olacaq.
N.O.