Rusiya Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi bağlamaq ideyasını dəstəkləyir.
Bunu “Valday” diskussiya klubunda çıxış edən Rusiya Prezidenti Vladimir Putin bəyan edib.
Bununla yanaşı, o, qeyd edib ki, Rusiya İrəvanı heç nəyə məcbur etmək fikrində deyil.
“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi lazımdır, amma biz İrəvanı nəyəsə məcbur edə və ya diktə edə bilmərik. Rusiya uzun illərdir ki, İrəvanla dialoq aparıb. Ermənistan faktiki olaraq Azərbaycanın 7 rayonuna nəzarət edirdi. Biz təklif edirdik ki, mərhələli şəkildə normallaşmaya doğru irəliləyək. Əvvəlcə 5 rayon Azərbaycana verilsin, çünki onları saxlamağın mənası yoxdur. Onlar boş olaraq, qalıb, insan öz topraqlarından qovulublar. Qarabağla əlaqə üçün isə iki böyük rayon kifayətdir. Biz hesab edirdik ki, bu daha ədalətli olardı. Qaçqınlar öz evlərinə qayıdardılar. Bu, bütövlükdə bölgədə normallaşmaya doğru müsbət bir addım olardı. Lakin Ermənistan rəhbərliyi öz yolu ilə getdi və bu, hazıki vəziyyətə gətirib çıxardı”, - Putin qeyd edib.
O, həmçinin məsələnin tənzimlənməsi məsələsinə də toxunub.
“Rusiya İrəvanla Bakı arasında sülh müqaviləsini dəstəkləyir. Əgər Ermənistan rəhbərliyi Azərbaycanın Qarabağ üzərində suverenliyini ifadə edən Amerika variantını dəstəkləyirsə buyursunlar”, - deyə Rusiya prezidenti vurğulayıb.
Mənbə: TASS