Rusiya prezidenti Vladimir Putini bəyənən və ona etibar edən vətəndaşların sayı, müvafiq olaraq 7% və 10% azalıb.
Oxu.Az-ın xəbərinə görə, bunu Levada-mərkəzin apardığı sorğunun nəticələri göstərir.
Sorğunun nəticəsinə görə, Rusiya Federasiyası prezidenti Vladimir Putinin fəaliyyətinin qiymətləndirilməsi haqqında suala respondentlərin 30 % “simpatiya”, 37%-i isə onun fəaliyyətini bəyənmədiyini bildirib.
RF prezidentinə etibar edən vətəndaşların sayı da azalıb. Putinə respondentlərin 21%-i “tam etibar” edir, 14%-i “etibar etmir”, 52%-i isə “çox güman ki etibar edir”. Ötən ilin müvafiq rəqəmləri - 26%, 14% və 57%-dir.
Beləliklə Rusiya prezidentinə etibar edənlərin sayı ümumilikdə 10% azalıb.
Vladimir Putinin işinə neytral və ya etinasız yanaşan insanların sayı 10%-dən 8%-ə düşüb.