Rusiya prezidenti Vladimir Putin vətənə xəyanətdə ittiham olunan Soçi sakini Oksana Sevastidini əfv edib. 2008-cu ildə Suxumidən olan dostu ondan SMS-lə Soçidə tankların olub-olmadığını soruşub.
Oxu.Az bu barədə BBC-yə istinadən xəbər verir.
Putin Oksana Sevastidinin azad edilməsi ilə bağlı fərman imzalayıb. Fərman 5 gün sonra qüvvəyə minəcək.
Keçən ilin dekabrında Putin işdən xəbərsiz olduğunu, amma bu işlə tanış olacağını bildirmişdi.
O, Gürcüstan kəşfiyyatına işləməkdə şübhəli bilinib, 7 il azadlıqdan məhrum edilib.
Onun tanışının gürcü kəşfiyyatına işlədiyinə dair məlumat yayılmışdı. Bu əsasda ona qarşı dövlətə xəyanət və casusluq maddələri əsasında cinyət işi açılıb.
N.О.
www.oxu.az