Ölkəyə yeni rəhbəri yalnız Rusiya xalqı seçə bilər.
Oxu.Az-ın məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin televiziya tamaşaçıları ilə “Canlı əlaqə” zamanı deyib.
“Mən, əlbəttə ki, öz seçimimi nə vaxtsa açıqlayacam, lakin son qərarı seçicilər, Rusiya vətəndaşları verməlidirlər. Yalnız Rusiya xalqı regiona, rayona, şəhərə, vilayətə və ölkəyə rəhbərlik edəcək şəxsi təyin edə bilər”, - Putin deyib.
S.B.
www.oxu.az