Türkiyənin Qaziantep şəhərində səhər saatlarında yağan leysan zamanı hərəkətdə olan tramvayı ildırım vurub.
Oxu.Az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Qeyd olunur ki, xəsarət alan olmayıb, sərnişinlər təxliyə edilib.
Qısa fasilədən sonra tramvay xətdən çıxarıldıqdan sonra xidmət bərpa edilib.
Qaziantepdə həyəcanlı anlar: Yüzlərlə sərnişini daşıyan tramvaya ildırım düşdü
