Rusiya-ABŞ danışıqlarının növbəti raunduna hazırlıq davam edir, görüş yaxın vaxtlarda Fars körfəzi ölkələrindən birində keçirilə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Qeyd edək ki, fevralın 18-də Ər-Riyadda Rusiya və ABŞ arasında yüksəksəviyyəli danışıqlar aparılıb. Danışıqlar 4.5 saat çəkib.