Bu gün Rusiyada 50-yə yaxın incəsənət və mədəniyyət xadimi hökumətin mədəniyyət sahəsində hökumət mükafatları ilə təltif edilib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Rusiyanın “Novosti” informasiya agentliyinin bildirdiyinə görə, mükafat alanlar sırasında Müslüm Maqomayev adına Mədəniyyət-Musiqi İrsi Fondunun yaradılması layihəsinin prodüseri Araz Ağalarov və bu layihənin müəllifi, SSRİ xalq artisti Tamara Sinyavskaya olub.
Mükafatların təqdim edilməsi mərasimi bu gün Rusiya Federasiyasının Hökumət Evində olub.
Mükafatları Rusiyanın mədəniyyət naziri Vladimir Medinski təqdim edib.
2013-cü ildə Rusiyada mədəniyyət sahəsində hökumət mükafatları ilə bütünlükdə 49 adam təltif edilib.
Bu cür mükafat 2005-ci ildən verilir və hər biri 1 milyon rubl təşkil edən 25 mükafat təsis edilib.
Pul mükafatı ilə yanaşı, təltif olunanlara diplom və fəxri nişan da təqdim edilir.