Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Rusiya İstintaq Komitəsi: "Crocus City Hall"dakı terror aktı ilə bağlı iş 500 cild təşkil edir"
"Crocus City Hall"da törədilən terror aktı ilə bağlı cinayət işi 500 cilddən ibarətdir.
Oxu.Az-ın TASS-a istinadən məlumatına görə, bu barədə Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Sankt-Peterburq Beynəlxalq Hüquq Forumu çərçivəsində bildirib.
Onun sözlərinə görə, iş tezliklə məhkəməyə göndəriləcək.
"Cinayət işi 500 cilddən ibarətdir. Böyük istintaq işi aparılıb. 300 baxış keçirilib, 2.5 min məhkəmə ekspertizası aparılıb və tezliklə iş məhkəməyə göndəriləcək", - deyə o bəyan edib.
İstintaq Komitəsinin rəhbəri əlavə edib ki, iş üzrə 2.3 mindən çox insan zərərçəkmiş kimi tanınıb, 1000-dən çox şahid dindirilib.
Bastrıkin iş üzrə 19 şübhəlinin həbs edildiyini dəqiqləşdirib.
"Crocus City Hall"dakı terror aktını bütöv bir mütəşəkkil qrup təşkil edib və həyata keçirib", - deyə İK sədri vurğulayıb.
"Crocus City Hall-da terror aktı" teqi üzrə xəbərlər
- "Crocus City Hall"da insanları xilas edən məktəbliyə medal verildi
- Şoyqudan "Crocus" hadisəsi ilə bağlı açıqlama: "Cənubi Qafqazda terror riskləri artır"
- "Crocus"a hücum edən terrorçuların əsl hədəfi başqa yer olub
- "Crocus"dakı terror aktını həyata keçirənlərin necə tanış olduqları öyrənildi
- "Crocus"da terror törədənlərin psixi vəziyyəti ilə bağlı ekspertizanın nəticələri AÇIQLANDI