Rusiyamənşəli pilotsuz uçuş aparatı (PUA) Türkiyənin Kocaeli vilayətində kənd ərazisində qəzaya uğrayıb.
Oxu.Az DHA-ya istinadən xəbər verir ki, yerli sakinlər tərəfindən tapılan PUA təşvişə səbəb olub.
İlkin araşdırmalar nəticəsində PUA-nın bəzi hissələrinin qəza nəticəsində zədələndiyi və qırıldığı aşkar edilib.
Təhlükəsizlik qüvvələri dərhal hərtərəfli araşdırmaya başlayıblar.
Daxili İşlər Nazirliyinin hadisə ilə bağlı yaydığı rəsmi açıqlamada dronun Rusiyaya məxsus "Orlan-10" tipli olduğu, kəşfiyyat və müşahidə məqsədləri üçün istifadə edildiyi vurğulanıb.