Rusiyanın Ukraynanın paytaxtı Kiyevə kütləvi raket zərbəsi nəticəsində ölənlərin sayı artıb.
Oxu.Az-ın "UNİAN" "Telegram" kanalına istinadən xəbərinə görə, bu barədə Kiyev şəhəri dövlət administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat verib.
Məlumata görə, raket hücumu nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.
Rusiyanın Ukraynanın paytaxtı Kiyevə kütləvi raket zərbəsi nəticəsində ölənlərin sayı artıb.
Oxu.Az-ın "UNİAN" "Telegram" kanalına istinadən xəbərinə görə, bu barədə Kiyev şəhəri dövlət administrasiyasından məlumat verilib.
Məlumata görə, raket hücumu nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.
Rusiya Ukraynanı paytaxtı Kiyevə "Shahed" raketləri ilə zərbələr endirib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə UNİAN nəşri məlumat verib.
Məlumata görə, beşmərtəbəli yaşayış binası, ticarət mərkəzi zərbələrə məruz qalıb. Rusiyanın Ukraynaya növbəti kütləvi zərbəsi nəticəsində biri uşaq olmaqla azı 10 nəfər həlak olub.
Kiyev Şəhər Dövlət Administrasiyasından bildirilib ki, xəsarət alanların sayı 48 nəfərə çatıb. Binanın dağıntıları altında hələ də insanlar ola bilər.
Dağıntıların yığışdırılması və yanğının söndürülməsi işləri davam edir.
Həmçinin dəmiryolu infrastrukturuna da ziyan dəyib. Mülki sərnişin vaqonları hədəfli hücuma məruz qalıb. Xüsusilə "Intercity+" yüksəksürətli qatarlara hücum edilib.
Eyni zamanda, Vinnitsa vilayətində mühüm infrastruktur obyektləri də hücuma məruz qalıb. Enerji obyektlərinə hücumlar nəticəsində 29 yaşayış məntəqəsində 60 min istehlakçının elektrik enerjisi kəsilib.
Həmçinin Ukrayna Prezidenti Volodimir Zelenski öz "Telegram" hesabında hadisə ilə bağlı paylaşım edib.
"Rusiyanın bugünkü raket və dronlarla hücumu həftələrdir, aylardır atəşkəsə və real diplomatiyaya çağıran dünyadakı hər kəsə aydın cavabdır. Rusiya danışıqlar masasını deyil, ballistikanı seçir", - deyə Zelenski paylaşımda qeyd edib.
O, həmçinin baş verənlərə Çindən reaksiya gözlədiyini də vurğulayıb. Çünki məhz Çin dəfələrlə müharibənin genişləndirilməməsi və atəşkəs çağırışı edib. Zelenski, eyni zamanda, Macarıstandan və sülhə çağırış edən bütün ölkələrdən də hadisəyə reaksiya verilməsini istəyib.
"Biz dünyada sülhə çağıran hər kəsdən reaksiya gözləyirik", - deyə Ukrayna lideri qeyd edib.