Rusiyada “Soyuz MS-09” kosmik gəmisinin üst örtüyünün qəsdən deşilməsi versiyası yoxlanılır.
Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu “Roskosmos” dövlət korporasiyasının baş direktoru Dmitri Roqozin deyib.
O hesab edir ki, bunu beynəlxalq kosmik stansiyada olan kosmonavtlar və ya astronavtlar edə bilərdi.
Roqozin bildirib ki, kosmik gəminin üst örtüyüyün yerdə zədələnməsi versiyası da araşdırılır:
“Həmçinin kosmosda qəsdən deşilməsi versiyası var”.
Qeyd edək ki, avqustun 30-da Roqozin beynəlxalq kosmik stansiyasına bitişik “Soyuz” kosmik gəmisində hava itkisinin olduğunu bildirib. Buna səbəb 1,5 millimetrlik çat olub.