Meksikada 80 yaşlı kişinin meyitinin olduğu katafalk qaçırılıb.
Oxu.Az-ın “Metro” nəşrinə istinadən verdiyi məlumata görə, katafalkla Qvadalaxara şəhər xəstəxanasında ölən şəxsin meyti Tlakepake şəhərinə aparmalı idi.
Təsadüfən yoldan keçən 40 yaşlı kişi avtomobildə sürücünün olmadığını, eyni zamanda, açarın yerində olduğunu görüb və katafalkı qaçırmaq qərarına gəlib.
Bir müddət sonra polis katafalkı qaçıran şəxsi saxlamağa müvəffəq olub.