Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov sui-qəsd nəticəsində dünyasını dəyişib.
Oxu.Az APA-ya istinadən verdiyi xəbərə görə, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.
“Bu gün Rusiya diplomatiyasının faciəvi günüdür. Ankarada rəsmi tədbirdə ağır yaralanan səfir Andrey Karlov dünyasını dəyişib”, deyə M.Zaxarova bildirib.
21:11
Silahlı hücumdan sonra Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dünyasını dəyişib.
Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti agentliyinə məlumatlı mənbə bildirib.

A.M.