Rusiyanın Omsk şəhərində "Lada Granta" markalı avtomobil piyadaları vurub. Hadisə nəticəsində yeddi piyada və avtomobili idarə edən şəxs olmaqla ümumilikdə səkkiz nəfər yaralanıb. Zərərçəkənlər dərhal xəstəxanaya aparılıblar.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə vilayət prokurorluğundan bildirilib.
"Yol-nəqliyyat hadisəsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan yeddi piyada və 1962-ci il təvəllüdlü minik avtomobilinin sürücüsü tibb müəssisələrinə çatdırılıblar", - deyə məlumatda qeyd olunur.
Bölgənin operativ xidmət orqanlarının yaydığı ilkin məlumatlara görə, qəzaya sürücünün sükan arxasında olarkən səhhətinin anidən pisləşməsi səbəb olub.