Sankt-Peterburqda iki güllə yarası almış adı çəkilməyən 34 yaşlı azərbaycanlını xəstəxanaya çatdırıblar.
Oxu.Az “Operativ mühafizə”yə istinadən xəbər verir ki, onu əlindən və ayağından vurublar.
Zərərçəkən bildirib ki, hücum edən adamı tanımır. Naməlum şəxs ona Anisimov küçəsində hücum edərək atəş açıb.
Zərərçəkənin vəziyyəti orta-ağır qiymətləndirilir.
N.O.
www.oxu.az