Brent markalı neftin barelinin 45,93 dollar səviyyəsinə qədər geriləməsindən sonra dünyanın ən böyük neft istehsalçısı olan Rusiyada rubl dəyərdən düşüb.
Oxu.Az xəbər verir ki, dollar rubla qarşı 77 kopek bahalaşaraq üç ay sonra ilk dəfə 59,22 rubl səviyyəsinə yüksəlib.
Avronun məzənnəsi isə 2016-cı ilin dekabrından sonra ilk dəfə Moskva birjasında 66 rubla yüksəlib.
Proqnozlara görə, cari ilin sonuna Rusiyada dolların məzənnəsi 62 rubla qədər yüksələcək. 2018-ci ilin birinci rübündə dollar/rubl məzənnəsi 66 rubl təşkil edəcək.
L.Ə.