Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbəsi intihar edib. Beşinci kurs tələbəsi yataqxananın 16-cı mərtəbəsindən özünü atıb.
Oxu.Az Lifenews-a istinadən xəbər verir ki, faciə paytaxtın cənub-qərbində Şvernik küçəsində baş verib.
İlkin versiyalara görə, qız depressiyaya düşüb. O, dövlət imtahanlarından uğursuz qiymət alacağından narahat idi.
Dünən polisə saat 11:25-də Şvernik küçəsində qızın yıxılması haqqında məlumat daxil olub. Hadisə yerinə gələn polis əməkdaşları həlak olanın MDU-nun tələbəsi olduğunu müəyyənləşdiriblər.
“O, 16-cı mərtəbəyə çıxaraq özünü atıb”,- LifeNews-a hüquq-mühafizə orqanından olan mənbə bildirib.
Hadisə ilə bağlı yaradılan istintaq qrupu iş aparır. Operativ qrup hadisənin səbəbini araşdırır.
E.Ə.
www.oxu.az