Bu gün Penza istilik elektrik stansiyasında partlayış baş verib, hadisə nəticəsində bir nəfər ölüb. Bina qismən dağılıb, 300 kvadratmetrlik dam örtüyü çöküb.
Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti-yə xüsusi xidmət orqalarında olan mənbə bildirib.
“İlkin olaraq 5 saylı istilik təchizatının 300 kvadratmetrlik dam örtüyü çöküb. Bir nəfər ölüb”, - agentliyin həmsöhbəti bildirib.
Rusiya FHN-in regional nümayəndəsi hadisənin baş verdiyini və binanın qismən dağıldığını təsdiq edib. Rəsmi məlumatlara görə, bir nəfər ölüb.
N.O.
www.oxu.az