Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Rusiyada qorxunc hadisə: Supermarketdə tavan satıcıların və müştərilərin başına uçdu
Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən supermarketlərdən birində tavanın çökməsi nəticəsində satıcılar və müştərilər təhlükə ilə üzləşiblər.
Oxu.Az xəbər verir ki, bu barədə "112" "Telegram" kanalı məlumat yayıb.
Bildirilib ki, birinci və ikinci mərtəbələr arasındakı tavan qəfil insanların və məhsullarla dolu rəflərin üzərinə aşıb. Hadisə zamanı mağazada olanların əksəriyyəti xəsarət almasa da, bir işçi dağıntıların altında qalıb. O, xilas edilib və demək olar ki, heç bir ciddi xəsarət almayıb.
İlkin ehtimallara görə, çökməyə səbəb yuxarı mərtəbədə aparılan təmir işləri olub.
Faktla bağlı araşdırma aparılır.
"Rusiya" teqi üzrə xəbərlər
- Ukrayna müdafiə naziri Rustem Umerov İstanbulda aparılan danışıqların təfərrüatını açıqladı
- Rəcəb Tayyib Ərdoğan Rusiya-Ukrayna danışıqları ilə bağlı: "Ədalətli sülhün uduzanı olmaz"
- Ursula fon der Lyayen: "Avropa İttifaqı "Şimal axını"na qarşı sanksiyalar hazırlayır"
- Kiyev tam atəşkəsə hazır olduğunu bəyan etdi
- Rusiya ABŞ-nin Ukrayna ilə danışıqlarda iştirakına qarşıdır