Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Sağalmaz xəstə olan Selin Dion 37 ildən sonra "Avroviziya" səhnəsində çıxış edə bilər
Məşhur kanadalı müğənni Selin Dion İsveçrənin Bazel şəhərində keçiriləcək 69-cu "Avroviziya" mahnı müsabiqəsində çıxış edə bilər.
Oxu.Az "The Sun" nəşrinə istinadən xəbər verir ki, hazırda müğənni ilə müsabiqənin təşkilatçıları arasında danışıqlar aparılır. Lakin Selin Dionun səhhəti bu çıxışın baş tutub-tutmayacağını hələ də qeyri-müəyyən saxlayır.
Bəzi məlumatlara görə, "Avroviziya" arenasında artıq orkestrlə məşqlər keçirilib və Dionun yerinə müvəqqəti olaraq başqa bir ifaçı səhnəyə çıxıb.
Xatırladaq ki, Selin Dion 1988-ci ildə İsveçrəni təmsil edərək "Ne partez pas sans moi" mahnısı ilə "Avroviziya"nın qalibi olub. Əgər bu il səhnəyə çıxarsa, məhz həmin mahnını yenidən ifa edəcəyi gözlənilir.
Qeyd edək ki, 2022-ci ilin dekabrında Selin Dionda nadir rast gəlinən autoimmün sinir-əzələ pozuntusu aşkar edilib. Bu xəstəlik əzələlərdə nəzarətsiz və ağrılı spazmlara səbəb olur. Müalicə səbəbindən müğənni 40-a yaxın konsertini ləğv etmişdi.
Qeyd edək ki, "Avroviziya 2025" mahnı müsabiqəsi mayın 13-dən 17-dək İsveçrədə keçiriləcək.