Arxangelsk vilayətinin Novodvinsk şəhərindən olan sənətkar Vera Aleksandrovna Fedosimova dünyanın naxışla bəzədilmiş ən kiçik əlcəklərini toxuyaraq, Rusiyanın Rekordlar Kitabına düşüb.
Oxu.Az bu barədə "Noj" nəşrinə istinadən xəbər verir.
Əlcəyin ölçüsü 9×15 millimetrdir. Hər ilmənin ölçüsü 1,8 millimetr təşkil edib, əlcəyin özündə isə 14 ilmə var.
İş üçün üç iynə, ağ pambıq sap və nazik mavi yun sap istifadə olunub. Fedosimova ənənəvi pomor naxışını - səkkizguşəli ulduzu əlcəyin üzərində təsvir edib.
