Dalğıclar Rusiya Müdafiə Nazirliyinin Qara dənizdə qəzaya uğramış “Tu-154” təyyarəsinin “qara qutu”sunu tapıblar.
Oxu.Az-ın Report-a istinadən verdiyi məlumata görə, bu barədə “TASS” agentliyinə güc strukturundakı mənbə xəbər verib.
“Təyyarənin kabinəsinin altında axtarış işlərinin gedişatında bir qara yeşik aşkar edilib. Yaxın vaxtlarda o sudan çıxarılacaq”, - deyə mənbə bildirib.
Mənbə həmçinin bildirib ki, həlak olmuş 3 şəxsin meyiti və böyük miqdarda meyit qalıqları da qəzanın baş verdiyi ərazidə aşkar edilib.
N.О.