Sosial şəbəkələrdə Şərqi Sibir ərazisinə düşən səma cisminin görüntüləri yayılıb. Mütəxəssislərin sözlərinə görə, meteorit atmosfer qatlarında yanan asteroid və ya kometanın bir hissəsidir. Proses Krasnoyarsk və Xakasiya bölgələri də daxil olmaqla, bir sıra Sibir regionlarında güclü işıqlanma ilə müşahidə olunub.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, yayılan məlumatlardan sonra, Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları regionda iqtisadi obyektləri yoxlamağa başlayıblar. Xilasedicilərin məlumatına əsasən, artıq Xakasiya ərazisində iqtisadi obyektlərin yoxlanılması təşkil edilib.
Bildirilir ki, insidentdən sonra, əməliyyat xidmətlərinin qaynar xətlərinə 420-dən çox zəng daxil olub.
S.B.
www.oxu.az