Müğənni Gülben Ergen 2014-ci ildə Şirincedə ailə həyatı qurduğu xəbər aparcısı Erhan Çelikdən boşanıb.
Oxu.Az xəbər verir ki, bu barədə “Renkli sayfalar” proqramında bildirilib.
Cütlüyün 2 il müddətində davam edən evliliyi bu səhər Küçükçekmece Ədliyyəsində keçirilən məhkəmə prosesində qəbul olunan qərarla sona çatıb.
Gülben Ergen boşanmanın ardınca ilk olaraq “Instagram”dakı hesabında yazdığı Çelik soyadını silib.

Qey edək ki, bu, hər iki məşhurun ikinci evliliyi idi.
Aytən Sadıqzadə
www.oxu.az