Sakit okeanda, Tonqo sahillərində 6,2 bal gücündə zəlzələ olub.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, zəlzələnin episentri Tonqonun paytaxtı Nukualofa şəhərindən 209 kilometr şimal-qərbdə qeydə alınıb. Zəlzələ ocağının dərinliyi 38 kilometr təşkil edib.
Tələfat və dağıntılar barəsində məlumat verilmir. Sunami təhlükəsi elan olunmayıb.