ABŞ-ın San-Fransisko şəhərində baş verən atışma zamanı ölənlərin sayı dördə çatıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Reuters nəşri yerli telekanallardan birinə istinadən məlumat yayıb.
22:11
ABŞ-ın San-Fransisko şəhərində (Kaliforniya ştatı) baş verən atışma zamanı ən azı iki nəfər ölüb, şaha beş nəfər isə yaralanıb.
Oxu.Az-ın Reuters-ə istinadən məlumatına görə, hələlik kimliyi açıqlanmayan şəxs yerli vaxtla saat 09:00-da “United Parcel Service” poçt xidməti şirkətinin yaxınlığında insanlara atəş açıb.
Hadisə yerin polis qüvvələri cəlb olunub. Cinayətkar polislə atışmada yaralanaraq xəstəxanaya yerləşdirilib.
Hazırda rayon hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən mühasirəyə alınıb. Cinayət yerində müstəntiqlər və kriminalistlər çalışırlar.
S.B.
www.oxu.az